Axtarış...

Ermənistanın baş naziri postuna yenidən Paşinyanın namizədliyi irəli sürüldü

Ermənistanın baş naziri postuna yenidən Paşinyanın namizədliyi irəli sürüldü
Ermənistan parlamentinin deputatlarının üçdə biri bu gün baş nazir postuna yenidən baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyini irəli sürüb. Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən bildirir ki. bu barədə parlamentin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Knyaz Saroyan məlumat verib.

Qeyd edək ki, axşam saat 6-da namizədlərin irəli sürülməsi üçün ayrılan vaxt başa çatır.

Daha öncə Paşinyan jurnalistlərlə söhbətində demişdi ki. bu proses sırf formal xarakter daşıyır.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına görə, parlamentdə baş nazir dalbadal iki dəfə seçilə bilmirsə, qanunverici orqan avtomatik olaraq buraxılır və ölkədə növbədənkənar parlament seçkiləri elan edilir.


Daha çox xəbər

Şərh yaz