Axtarış...

Texnoparkların fəaliyyəti genişləndirilir - Nazir

Texnoparkların fəaliyyəti genişləndirilir - Nazir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texnologiya parklarının fəaliyyətinin genişləndirilməsi və yüksək texnologiyalar sahəsində yeni istehsalat müəssisələrinin yaradılması üzrə işlər aparır.

Trend-in məlumatına görə, bunu innovativ inkişaf layihəsinin təqdimat mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazir bildirib ki, innovativ fəaliyyətin həvəsləndirilməsi üçün “Yüksək Texnologiyalar Parkı” MMC yanında biznes inkubasiya mərkəzi yaradılıb. Hazırda bu mərkəzdə 30-dan çox startap fəaliyyət göstərir:

“Bundan başqa, Nazirlik nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzi hazırda nanotexnologiyalar sahəsində prioritet istiqamətlər üzrə iş aparır. Bu istiqamətdə keçirilmiş 6 qrant müsabiqəsinin yekununda 117 layihə maliyyələşdirilib”.


Daha çox xəbər

Şərh yaz