Axtarış...

“Qazın bahalaşması SOCAR müştərilərinə təsir etməyib - “SOCAR Energy Ukraine”

“Qazın bahalaşması SOCAR müştərilərinə təsir etməyib - “SOCAR Energy Ukraine”

2018-ci ilin payızında Ukraynada avrtomobil qazının qiymətlərində xeyli artım baş verib. Buna bir çox ümumi faktorlar səbəb olub.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi - “SOCAR Energy Ukraine” şirkətinin LPG satışları üzrə rəhbəri Viktor Marçenko bildirib.

Onun sözlərinə görə, ilk növbədə buna səbəb neftin dünya bazarında qiymətinin artması və qrivnanın ABŞ dolları və avroya qarşı məzənnəsinin düşməsi, Belarus vasitəsilə Rusiya mayeləşdirilmiş neft qazının (LPG) re-eksportunun uzun müddətdə dayandırılması, həmçinin, resursun dəmir yolu nəqliyyatı ilə Ukrayna ərazisindən nəql edilməsi ilə bağlı bir sıra daxili problemlərdir.

V. Marçenko bildirib ki, topdansatış dinamikası və bazardakı ümumi gərginlik pərakəndə seqmentə operativ reaksiya verməyə məcbur edib: “Hazırda bazarın iri operatorlarının piştaxtalarında qiymətlər rekord səviyyəyə çatıb. Topdansatışda tezliklə qiymətin düşməsinə səbəb yoxdur. Mövsümi tələbatın aşağı düşməsi sayəsində noyabrdan tez olmayaraq artım və stabilləşmə mümkündür. Milli valyutanın stabil məzənnəsində neftin qiymətləri və digər fors-majorların olmaması halında LPG-nin qiymətinin aşağı düşməsini ilin sonuna qədər gözləmək mümkündür. Ancaq qiymətlə bağlı uzunmüddətli proqnozlar vermək niyyətində deyilik. Çünki qiymətin formalaşmasına təsir edən olduqca çox faktorlar mövcuddur”.

SOCAR rəsmisi qeyd edib ki, bazardakı bu vəziyyətin “SOCAR” yanacaqdoldurma məntəqələri şəbəkəsinin müştərilərinə ciddi təsir etdiyini deməyə də ehtiyac yoxdur: “Hazırda fəaliyyətdə olan yalnız 34 stansiyada qaz modulları quraşdırılıb. Şəbəkənin ümumi satış strukturunda yüngül neft məhsulları, dizel və A-95 benzini liderlik edir. Cari ilin 9 ayında “SOCAR” yanacaqdoldurma stansiyalarında LPG satışı bir qədər artıb”.


Daha çox xəbər

Şərh yaz