Axtarış...

Xalq artistinin oğlu içki biznesi ilə məşğul olur

Xalq artistinin oğlu içki biznesi ilə məşğul olur

“Mən o şəkilləri içkinin reklamı üçün çəkdirmişdim. Amma yüksəklik qorxum olduğu üçün təyyarədə olanda bir az içirəm”.

BiG.AZ xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev primetime.az-a açıqlamasında deyib. O, içki biznesi ilə məşğul olduğunu bildirib:

“Azərbaycanda bir ilə yaxındır ki, içki biznesi ilə məşğul oluram. Hərçənd şəxsi iş yerim deyim. Burada mən təmsilçisiyəm”.

Sənətçinin oğlu tez bir zamanda evlənmək istədiyini bildrib:

“Amma hələ ki, heç bir xanıma vurulmamışam. Hər bir ana istəyir ki, övladı ailə qursun. Çünki, nəvə istəyirlər. Ailə quracağım xanım isə hündüroylu, gözəl, ağıllı olmalıdır. Ən əsası məndən yaşda böyük görsənməsin.

Motosiklet sürməyimə qadağa qoyulub, hətta mənim öz motosikletim də satılıb. Əgər Bakıda kirəyə motoseklet verən yer bilirsinizsə mənə xəbər edin (gülür)”.

Cahad yuxusuzluq problemi yaşadığı üçün həftədə 2-3 dəfə idman məşğul olduğunu bildirib.



Şərh yaz