Axtarış...

Beybit İsabayev: "Son 9 ayda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 70 faiz artıb"

Beybit İsabayev: "Son 9 ayda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 70 faiz artıb"

"Cari ilin 9 ayı ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi, təqribən, 70 faiz artıb".

“Report” xəbər verir ki, bunu Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin 25 illiyinə həsr olunmuş tədbirində çıxışı zamanı Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

“Ötən ilin aprel ayında Prezident Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfərindən sonra iki dövlət başçısı tərəfindən 2019-cu ilədək qarşılıqlı ticarət dövriyyəsini iki dəfə artırmaq qərarı verilmişdi. Lakin bu ilin göstəricilərinə əsaslanaraq ticarət dövriyyəsinin, təqribən, 90-95 faiz artacağını gözləyirik. Yəni hələ 2019-cu il gəlməmiş prezidentlərimizin qarşıya qoyduqları vəzifələri həll etmişik”, - səfir vurğulayıb.

Diplomat bu ayın sonunda keçiriləcək Qazaxıstan – Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında başlıca əməkdaşlıq istiqamətlərinin, xüsusilə enerji, tranzit və nəqliyyat, logistika, kənd təsərrüfatı sahələrindəki əməkdaşlıq məsələlərinin müzakirə olunacağınıxatırladıb.


Daha çox xəbər

Şərh yaz