Axtarış...

Xoşqədəmin verilişində ŞOK ETİRAF: "Azərbaycanlı oğlanlar məni aldatdı, vəkil də YOXA ÇIXDI"

Xoşqədəmin verilişində ŞOK ETİRAF: "Azərbaycanlı oğlanlar məni aldatdı, vəkil də YOXA ÇIXDI"

Çində 3 azərbaycanlı dost çinli qadının 230 min dollarını alıb, daha sonra qadını zavodlara, fabriklərə borclu buraxıb Azərbaycana gəliblər.

BiG.AZ xəbər verir ki, bu barədə Xəzər televiziyasında Xoşqədəm Hidayyətqızının “Səni Axtarıram” verilişinə çıxan Adella məlumat verib.

O, bildirib ki, onu aldadanlar Rəşad, Kamal, Vasif adlı azərbaycanlılar olub: "Onlarla Çində tanış olmuşam. Mən Vasifi 15 ildir ki, tanıyırdım. Orda şirkəti var. Mənə deyilənə görə onlar hazırda Almaniyadadır. Uzun müddətdir ki, balalarımı görə bilmirəm. Yalvarıram mənə kömək edin. Çinə qayıda bilmirəm. Mənim işimi vəkil Adəm Məmmədov aparıb. Daha sonra vəkil də yoxa çıxdı".
Xoşqədəmin verilişində ŞOK ETİRAF: "Azərbaycanlı oğlanlar məni aldatdı, vəkil də YOXA ÇIXDI"


Daha çox xəbər

Şərh yaz