Axtarış...

Bu insanlar diqqətli olmalıdır – Gilavar əsir

Bu insanlar diqqətli olmalıdır – Gilavar əsir

Bu gün müşahidə edilən gilavar küləyi əksər insanlar üçün əlverişsiz hava hesab edilir. Belə hava bir çox insanda narahatlıq hissi yaradır, başağrıları ilə müşahidə edilir.

Bu sözləri Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bu gün müşahidə edilən hava ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, gilavar küləyinin güclənməsi ilə yanaşı təzyiqin də aşağı enməsi metohəssas insanlarda narahatlıqla müşahidə edilir:

“Gilavar ən isti cənub küləyidir. Oktyabr ayı üçün belə isti hava az hallarda qeydə alınır. Ancaq bundan öncəki illərdə də müşahidə edilib. Belə hava hamı üçün deyil, bəzi, xüsusilə metohəssas insanlar üçün əlverişsiz hesab etmək olar”.

G.Məmmədova bildirib ki, sabahdan etibarən havanın temperaturu aşağı enəcək. Şimal küləyinin güclənməsi müşahidə ediləcək.

Qeyd edək ki, hazırda Bakıda və Abşeron yarımadasında 24-28 dərəcə isti müşahidə olunur.



Şərh yaz