Axtarış...

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

Avropa Liqasında “Qarabağ” və Ukraynanın "Vorskla" komandaları arasında keçiriləcək III tur matçına indiyədək 20 mindən çox bilet satılıb.

Bu barədə Open.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Vorskla” oyunu saat 20:55-də başlayacaq



Şərh yaz