Axtarış...

Ağdaşda avtomobil piyadanı vurub

Ağdaşda avtomobil piyadanı vurub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Ağdaş rayonunda avtomobil piyadanı vurub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Ağdaş-Qaradağlı kənd yolunda qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini, 1991-ci il təvəllüdlü Elməddin Elman oğlu Məmmədov naməlum avtomobil tərəfindən vurulub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Şərh yaz