Azərbaycanda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Azərbaycanda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Polis əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri qətiyyətlə aparılır


Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Ucar rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Alpout kənd sakini, əvvəllər məhkum olunmuş Nəriman Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evin zirzəmisindən isə əlavə olaraq çəkisi 4 kiloqram 125 qram marixuana aşkar edilərək götürülüb.

Qaradağ rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Adil Musayevdən 480 qram marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

pia.az
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət