Axtarış...

Qonşu ölkədə qasırğa xəbərdarlığı: 4-5 ballıq...

Qonşu ölkədə qasırğa xəbərdarlığı: 4-5 ballıq...

Oktyabrın 25-dən 27-dək Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi, Qara dəniz sahillərində 4-5 ballıq qasırğa olacağı barədə əhaliyə və turistlərə ciddi xəbərdarlıq edilib.

Axar.az xəbər verir ki, məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Agentliyi yayıb.

Agentliyin məlumatında deyilir ki, oktyabrın 26-27-də ölkə ərazisində hava kəskin soyuyacaq, leysan yağışları, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü külək əsəcək, Qara dənizdə 4-5 ballıq qasırğa olacaq. Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artacaq, sel suları yaranacaq, ayrı-ayrı ərazilərdə torpaq sürüşməsinin olacağı ehtimal edilir.

Agentlik həmin günlərdə dənizdə çimməyin, dağlara gəzintiyə getməyin təhlükəli olduğunu bildirir.



Şərh yaz