Axtarış...

Bakıda eyni mənzili bir neçə şəxsə satan şirkət əməkdaşlarının məhkəməsi başlayıb

Bakıda eyni mənzili bir neçə şəxsə satan şirkət əməkdaşlarının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub.
Məhkəmənin baxışı iclası oktyabrın 27-nə təyin edilib.
İttiham akıtına əsasən, "Bakı" MTK-nın vəzifəli şəxsləri Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər. Belə ki, onlar vətəndaş Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 6 nömrəli binanın 6-cı mərtəbəsində yerləşən 68 kvadratmetrlik mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar.
Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar.
Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.


Daha çox xəbər

Şərh yaz