Axtarış...

"Qarabağ" - "Vorskla" oyununun təyinatları açıqlanıb

"Qarabağ" - "Vorskla" oyununun təyinatları açıqlanıb

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukraynanın “Vorskla” komandasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

“Report” xəbər verir ki, oktybarın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş israilli hakimlərə tapşırılıb. Matçın baş hakimi Roi Raynşrayberdir. Danni Krasikou və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Amihay Yehoşua Mozes dördüncü, Alon Yefet və Daniel Bar Natan əlavə köməkçi hakimlər olacaqlar.

Oyunun hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə polşalı Kazimierz Oleszekdir.

Qeyd edək ki, matç saat 20:55-də başlayacaq.



Şərh yaz