Axtarış...

“Minaya düşən gənci diqqətdə saxlayırıq” - Tərtərin icra başçısı

“Minaya düşən gənci diqqətdə saxlayırıq” - Tərtərin icra başçısı

“Tərtərdə minaya düşən Azad Həsənov hələ də Bərdə Rayon Xəstəxanasındadır. Həkimlər evə buraxılmasını məsləhət görmürlər. Ona görə də yaxın günlərdə Azad Həsənovun evə buraxılması gözlənilmir”.

Bunu Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı neytral zonada minaya düşən gəncin səhhəti ilə bağlı mütəmadi olaraq əlaqə saxladığını bildirib:

“Azad Həsənovun həm ailəsi, həm də həkimlərilə mütəmadi olaraq əlaqə saxlayıram. Azadın səhhəti diqqətimizdədir. Onun ayaq pəncəsi amputasiya olunub. Ümumilikdə vəziyyəti normaldır”.

Tərtər rayonu Həsənqaya kənd sakini Azad Həsənovun neytral zonada minaya düşdüyü barədə məlumat vermişdik. 1996-cı il təvəllüdlü Azad Həsənov Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu. (modern.az)


Daha çox xəbər

Şərh yaz