Axtarış...

Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq

Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq

Azərbaycan Nazirlər Kabineti bu gün ölkədə dini mərasimlərin yeni qaydalarını müzakirə edib

Yeni qanuna əsasən, dəbdəbəli qəbirlər və ehsan verilərkən israfçılıq etmək qadağan olunacaq.

Bunu oxu.az-a açıqlamasında “Məşədi Dadaş” məscidinin imamı, din xadimi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycanda uzun müddət qonşularla bərabərləşmə tendensiyası müşahidə olunurdu: “Baxın, qonşularımız yas mərasimi necə möhtəşəm keçirdilər, biz də geri qalmamalıyıq...”

“Yaslarda masalar toy mərasimlərindəki kimi dəbdəbəli görünürdü. İslam bütün bunlara qarşıdır. Bu, israfçılıqdır. Eyni sözləri mərmərdən hazırlanan dəbdəbəli qəbirlər haqqında da söyləmək olar.


Daha çox xəbər

Şərh yaz