Axtarış...

Sürüşmə zonasında vəziyyət necədir? – Rəsmi

Sürüşmə zonasında vəziyyət necədir? – Rəsmi

Sürüşmə zonasında saat 12­:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisisi, qərargah nümayəndəsi Kamran Nəsibov məlumat verib.

Onun sözlərinə görə, ərazidə gərginlik davam etsə də, sürüşmə zonasında vizual hiss ediləcək dəyişiklik baş verməyib.

Sürüşmə sahəsinin üzərində yerləşən fərdi yaşayış evlərinin divarlarında mövcud olan çatlara qoyulmuş gips mayaklarda dəyişiklik müşahidə olunmayıb.


Daha çox xəbər

Şərh yaz