Axtarış...

"Dini mərasimlər zamanı "camaat nə deyər" yanaşması insanları səhv addım atmağa sövq edir" - Mübariz Qurbanlı

"Dini mərasimlər zamanı "camaat nə deyər" yanaşması insanları səhv addım atmağa sövq edir" - Mübariz Qurbanlı

"Bütün gənclər dinə sadiqlik göstərməli, dini mərasimlərdən xəbərdar olmalı, ritualları bilməlidir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur: "Bu birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israflığa yol verir. "Camaat nə deyər?!" yanaşması insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs feşünməlidir ki, "Allah nə deyir? Dinimiz nə buyurur?".

Dövlət Komitəsinin sədri qeyd edib ki, müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə əlbəttə bu məsələyə dövlət müdaxilə edəcək: "Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər. Gənclərin adi salavat çevirə bilməməsi maariflənmənin nisbətən az olduğundan xəbər verir. Odur ki, maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasınlar".


Daha çox xəbər

Şərh yaz