Axtarış...

Almaniyadan oğurlanan maşın Azərbaycanda saxlanıldı

Almaniyadan oğurlanan maşın Azərbaycanda saxlanıldı

Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib.

DGK-dan Axar.az-a verilən məlumata görə, Komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus "Mersedes-Benz E 220" markalı avtomobil saxlanılıb.

2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub.

Araşdırma aparılarkən məlum olub ki, "Mersedes-Benz E 220" markalı avtomobil Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən "Sixt Gmbh & Co" kirayə şirkətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.


Daha çox xəbər

Şərh yaz