Axtarış...

Manaf Ağayevdən jurnalistə hücum etməsi xəbərinə — AÇIQLAMA

Manaf Ağayevdən jurnalistə hücum etməsi xəbərinə — AÇIQLAMA

Tanınmış müğənni Manaf Ağayev ARB TV-nin "Şou news" verilişinin əməkdaşına hücum etməsiylə bağlı yayılan videoya münasibət bildirib.
Müğənni "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, sözügedən görüntüləri özünün "İnstagram" hesabında da paylaşıb:
"Çəkiliş vaxtı verilişin əməkdaşına deyirəm ki, maşının sandıqçasına əl vurmayın. Çünki orada evin açarları, mini disklər, fləş kartlar və mənə aid digər əşyalar var. Sadəcə, anons elə yığılıb ki, guya mən nəsə başqa söz deyirəm. Heç bir problem yoxdur, həmin jurnalistlə də münasibətlərimiz qaydasındadır. O anonsu da özüm "İnstagram"da paylaşmışam. Pis şey olsa paylaşaram?"
Qeyd edək ki, sözügedən verilişin anonsu sosial şəbəkələrdə M.Ağayevin müxbirə hücumu kimi anlaşılıb.



Şərh yaz