Axtarış...

Ermənilər Türkiyənin bu ərazisinə göz dikdi: Ata yurdu...

Ermənilər Türkiyənin bu ərazisinə göz dikdi: Ata yurdu...

Türkiyənin Van bölgəsindəki Akdamar kilsəsində ibadət etməyə gələn ermənilər Ermənistan bayraqlarını dalğalandırıb.

Millitv.az Publika.az-a istinadən xəbər verir ki, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəyin verdiyi məlumata görə, Türkiyə torpaqlarına gələn ermənilər “bura bizim ata torpaqlarımızdır” mesajlarını veriblər.

“Vana gələn ermənilər sosial şəbəkələrdə “Qərbi Ermənistan”a gedirik deyə yazırlar. Onlar dini ayinlərini yerinə yetirməyə gəlmirlər, bu ad altında siyasi mesajlar verirlər. Ermənilər Vanla yanaşı Qarsda da eyni şey etdilər. Qarsa gələn ermənilər qədəh toqquşdurub “ata torpaqlarımızdayıq” deyirlər”, - o bildirib.

Gülbəy Vanın valisinə müraciət edərək, ermənilərin bu davranışlarının qarşısını almağa çağırıb.

Qeyd edək ki, “böyük Ermənistan” xülyası quran ermənilər Azərbaycanla yanaşı, Türkiyə torpaqlarına da iddia edirlər.


Daha çox xəbər

Şərh yaz