Axtarış...

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaqlar üçün estrada sinfi açılacaq

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaqlar üçün estrada sinfi açılacaq

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaq estrada sənətini tədris edən sinif açılacaq.

AZƏRTAC xəbər verir ki, məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli bu barədə danışaraq deyib: “Ölkədə estrada vokal-instrumental bölməsinin açılmasına çoxdan ehtiyac var, çünki uşaqlar klassik musiqi ilə yanaşı, estrada musiqisinə də yiyələnmək istəyirlər. Hazırda Azərbaycanda bu sahədə bir boşluq yaranıb. Ölkədəki müğənnilərin əksəriyyətinin musiqi diplomu yoxdur, səhnədə davranışla bağlı adi qaydaları bilmirlər. Məhz bu boşluğu doldurmaq üçün yeni bölmə yaratmaq qərarına gəldik. Yeni dərsliklər nəşr ediləcək, bu məsələ ilə bağlı adlı-sanlı müəllimlər və koordinatorlar işə cəlb olunub. Ən başlıca məqsəd ölkəmizdə estrada sənətinin səviyyəsini qaldırmağa çalışmaqdır”.

Bu sinifdə uşaqlara səhnə obrazı, estrada vokalı, müasir üslub, səhnə mədəniyyəti öyrədiləcək, onlar ansambl, musiqi əsasları, estrada alətləri dərsləri alacaqlar, ən başlıcası, onlarda yüksək estetik zövq yaranacaq. Uşaq estrada sənəti sinfində oxuyacaq uşaqlar beynəlxalq səhnələrə çıxmaq imkanı qazanacaqlar. Sistemli olaraq uşaqlar beynəlxalq müsabiqələrdə iştirak edəcəklər.

Qeyd edək ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xoru müntəzəm şəkildə müxtəlif ölkələrdəki festivallarda uğurlar çıxış edir.



Şərh yaz