Axtarış...

Manyak hücum edən şagirdlərdən biri tapılmır - “Kolluqda qızların qışqırtısına...”

Manyak hücum edən şagirdlərdən biri tapılmır - “Kolluqda qızların qışqırtısına...”

Tovuzda iki məktəblinin zorlanmasına cəhd edilməsi ilə bağlı hadisənin bəzi məqamları məlum olub.
Müşfiq Əliyev adına Yuxarı Öysüzlü kənd orta məktəbinin direktoru Cavanşir Həsənli AzNews.az-a açıqlamasında 47 yaşlı Rafiq Mehralıyev tərəfindən zorlanmaya cəhd olunan 5-ci sinif şagirdinin xəsarət almadığını deyib:

“Raqif Mehralıyev axmaq adamdı, narkomandı. İçkili imiş. Qızlar iki nəfər olublar, onlardan biri bizim məktəbdə 5-ci sinifdə oxuyur. Kişinin hücum etdiyi ikinci qız isə bizdə təhsil almır.

Qızlar axşamüstü müəllim yanından gəlirmişlər. Yol kənarındakı kolluqda qızların qışqırtısına 11-ci sinifdə oxuyan şagird, bir də qızların birinin bacısı gəlib. Qızın birini onun əlindən alıblar. O biri qız isə qorxdan kolluğa qaçıb və hələ də tapılmır.

Bu gün həmin şagird dərsə gəlməyib. Şükür ki, ona zərər verməyib, yaxşı qurtarıb. Hazırda izahat alırlar”.

Qeyd edək ki, Tovuz rayonunda sərxoş kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. Hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini Rafiq Mehralıyev şagirdlərə hücum edərək onları zorlamağa çalışıb.


Daha çox xəbər

Şərh yaz