Axtarış...

Daha bir avtobus qəzası – 6 nəfər yaralandı

Daha bir avtobus qəzası – 6 nəfər yaralandı

Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.
Millitv.az “Report”-a istinadən xəbər verir ki, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.
O qeyd edib ki, yaralılardan 4-ü kişidir: “Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”.



Şərh yaz