Deputatdan Rüfət Aslanlıya ağır sözlər: “65 min maaş alır, adına çaxır buraxır”

Deputatdan Rüfət Aslanlıya ağır sözlər: “65 min maaş alır, adına çaxır buraxır”

Deputat Vahid Əhmədov parlamentin bu gün keçiriləın iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.
Millitv.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, iclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edildi:
“Vaxtında biz palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar əleyhimizə çıxış etdilər. Biz haqlı idik. Bu Palata iki ildir fəaliyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alişovla bağlıdır. Elə vaxt olur ki, həftədə 2-3 dəfə İbrahimlə danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına çaxır buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsa, normal işləyər”.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət