Axtarış...

Dünya bazarında neftin qiyməti azalır

Dünya bazarında neftin qiyməti azalır

Dünya bazarında neftin qiyməti ötən həftələrdəki sürətli artımdan sonra bu həftəyə azalma ilə başlayıb

“Report” xəbər verir ki, "Brent" markalı Şimal dəniz neft qatışığının dekabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə 10:40-a olan məlumata görə,

0,82% azalaraq 83,47 dollar/barel təşkil edib.

Nyu-York birjasındakı hərracda WTI markalı yüngül neftin noyabr fyuçerslərinin qiyməti isə 0,67% azalaraq 73,84 dollar/barel olub.

Qeyd edək ki, "Brent" markalı xam neftin 1 barelinin dəyəri son bir ay ərzində 86 dolları ötmüşdü. Bu isə bu markalı neftin qiymətində 2014-cü ilin oktyabr ayından bəri ən yüksək göstərici olub.



Şərh yaz