Axtarış...

Gəray Fərhadov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb

Gəray Fərhadov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədr müavini Gəray Fərhadov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb.

“Report” xəbər verir ki, Nazirlər Kabinetinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının tərkibinin təsdiqlənməsi ilə bağlı qərarına əsasən, G.Fərhadovla yanaşı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov da üzvlükdən xaric edilib.

Onun yerinə nazirin digər müavini Mətin Kərimli təyin edilib.

Şuranın sədri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.

Müşahidə Şurasının əvvəlki sədri isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, Baş nazirin müavini Əli Həsənov olub


Daha çox xəbər

Şərh yaz