Axtarış...

Azərbaycanın Nar bayramı Moskvada qeyd olunacaq

Azərbaycanın Nar bayramı Moskvada qeyd olunacaq

Oktyabrın 6-da Rusiya paytaxtı Moskva şəhərinin Yekatrina parkında keçiriləcək Nar bayramında göyə nar şəklində olan aerostat buraxılacaq.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Festival çərçivəsində qonaqlara souslar, desertlər, ədviyyatlar və nar şirələri təklif olunacaq, aşbazlar isə narı qısa zamanda təmizləyəcək, ətin üzərinə nar suyu tökəcək və qeyri-adi desert - karameldə nar hazırlayacaqlar. Bundan əlavə, bayramda Azərbaycan, Qazaxıstan, Özbəkistan, İran, Türkiyə, Ərəb ölkələrinin və Tacikistanın milli təamları təqdim ediləcək.

Arzu edənlər rəsm, fotoqrafiya və şərq rəqsləri üzrə ustad dərslərinə, interaktiv oyunlara, müsabiqələrə və viktorinalara qatıla biləcəklər.

Tədbirdə Azərbaycanın əməkdar mədəniyyət xadimi Boris Şvartsman, "Azərbaycanın səsi" və "Azəri Star" müsabiqələrinin laureatı Ülkər Şahbazova, "Qarabağ" rəqs ansamblı və digər kollektivlər çıxış edəcəklər.

Qeyd edək ki, Nar bayramı hər il Azərbaycanda meyvə yığımı günlərində qeyd olunur. 2017-ci ildən o, Moskvada da qeyd olunur.


Daha çox xəbər

Şərh yaz