Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Azərbaycanda qadın orta məktəb direktorlarının sayı artıb.

Millitv.Az Trend-ə istinadən bildirir ki, 2017-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 33,8 faizdən 35,2 faizə qədər artıb.

Ümumilikdə əyani ümumi təhsil müəssisələrində qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 1,3 faiz çoxalıb.

Ümumi orta təhsil müəssisələrində direktorların 23,8 faizi qadın, 76,2 faizi kişi, tam orta təhsil müəssisələrində direktorların 35,2 faizi qadın, 64,8 faizi kişidir.

Orta məktəblərdə direktor müavinlərinin 38,4 faizi, tam orta təhsil müəssisələrində 55 faizi qadındır.

Direktor müavinlərinin 61,6 faizi, tam orta təhsil müəssisələrində direktor müavinlərinin 45 faizi kişilərdir.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət