Axtarış...

Qəza törədən xətt marşrutunun icraçı direktoru DANIŞDI

Qəza törədən xətt marşrutunun icraçı direktoru DANIŞDI

“Ayşən” MMc-nin icraçı direktoru Zabil Hüseynovun “Ölkə.Az”a verdiyi açıqlamaya görə, 160 saylı xətt marşrutunu idarə edən Əlixan Şirəliyev təzə işçi olub:
“3 aydır işə götürmüşdük, heç bir problemi yox idi. Əvvəllər yol-nəqliyyat qəzası ilə bağlı icbari iş alıb, bunu da bilirdik. Bizdə işləyən sürcülərin əksəriyyəti köhnə sürücülərdir”.

Xətt marşrutun icraçı direktoru Ə. Şirəliyevə sürücülük vəsiqəsi verən dövlət yol polis idarəsinidə ittiham elədi. Z.Hüseynovun sözlərinə görə, əvvəllər məhkum olunsa da sonradan Respublika Baş Dövlət Yol Polis İdarəsində “D” kateqoriyası almaq üçün imtahan verib. Bizdə günah yoxdur, ona kateqoriya verən orqandadır günah. Belə qalanda da biz sürücülərimizə həftədə 2-3 dəfə təlimat keçirik.

“Ayşan” MMC-də işləyən digər sürücülərdə Ə.Şirəliyevdə olan problemlərin (narkoman olması, məhkum olunması) olub-olmamasına gəlincə icraçı direktor bu halı istisna etmədi:
“Sürücü nə vaxtsa narkotik vasitədən istifadə edibsə, nə vaxtsa məhkum olunubsa bu onun işə götürülməyinə maneçilik törətmir. O adam cəzasını çəkib çıxıb, BDYPİ-də ona sürücülük etməyə icazə verir”.

Xatırladaq ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub.

Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər.


Daha çox xəbər

Şərh yaz