Axtarış...

Eldar Əzizov Qüdrət Şükürovun fəaliyyətini TƏFTİŞ EDİR - Əmr imzaladı...

Eldar Əzizov Qüdrət Şükürovun fəaliyyətini TƏFTİŞ EDİR - Əmr imzaladı...

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb.

DİA.AZ-a icradan verilən məlumatda deyilir ki, bununla bağlı BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb.

Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.

“İnventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir”, - BŞİH-dən “Report”a daxil olan məlumatda bildirilib.DİA.AZ


Daha çox xəbər

Şərh yaz