Axtarış...

Azərbaycanda ekoloji polisin yaradılması təklif edilir

Azərbaycanda ekoloji polisin yaradılması təklif edilir
Azərbaycanda ekoloji polisin yaradılması zəruridir.

Trend-in məlumatına görə, bu təkliflə deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən iclasında deyib.

E.Axundova qeyd edib ki, ekoloji polis Daxili İşlər Nazirliyinin və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərə bilər.

Millət vəkili bildirib ki, bu qurum ekologiya və ətraf mühitin monitorinqini və mühafizəsini təşkil etməli, eyni zamanda ətraf mühitin çirklənməsini və digər bu kimi əməlləri vaxtında aşkar edərək profilaktik tədbirlər görməlidir.


Daha çox xəbər

Şərh yaz