Bakıda avtobus qatarla toqquşdu: 1 ölü, 26 yaralı - Video

Bakıda avtobus qatarla toqquşdu: 1 ölü, 26 yaralı - Video
15:11

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Axar.az Unikal.org-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var. Sərnişinlərin əksəriyyətinin məktəbli olduğu bildirilir.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Səfayə Əhmədova Axar.az-a bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.

"Ümumilikdə xəstəxanaya 17 yaralı aparılıb. Onlardan 11-i 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb. 1 nəfər yolda dünyasını dəyişib. Digər yaralılar başqa xəstəxanalara yerləşdirilib. Yaralıların 10-u kişi, 7-si qadındır", - S.Əhmədova bildirib.

***

S.Əhmədova qəza nəticəsində yaralananların sayının 26 nəfərə çatdığını, ölənin isə uşaq olduğunu bildirib.

Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət