Axtarış...

Gömrükçülər qanunsuz telefonlar aşkarladı

Gömrükçülər qanunsuz telefonlar aşkarladı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Mersedes Benz 190" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.



DGK-dan Axar.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama nəticəsində isə, nəqliyyat vasitəsinin arxa buferinin və salonun qabaq oturacaqlarının içərisində gizlədilmiş 145 ədəd yükləyici, 22 ədəd "X-İnova", 27 ədəd "X-PO", 5 ədəd "W-fide" və 20 ədəd "Odscn" markalı mobil telefonlar aşkar edilib

Faktla bağlı araşdırma aparılır.



Şərh yaz