Bakıda qısametrajlı filmlər marafonu keçirilib

Bakıda qısametrajlı filmlər marafonu keçirilib

Sentyabrın 30-da Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və “Cinemasports Azerbaijan” Gənc Rejissorlar Birliyinin dəstəyi ilə 14-cü qısametrajlı filmlər marafonu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində festival üçün çəkilmiş 3 yeni ekran əsəri nümayiş etdirilib. Gənc rejissorlar Elçin Telmanoğlu, Ədilə Ağayeva və Emin Əzizbəylinin filmlərində həyat eşqi, məqsədyönlülük, özünüinkişaf, daxili qorxularla mübarizə tərənnüm edilir.

Bundan əvvəlki festivallarda fərqlənmiş işlərin nümayiş olunduğu tədbir müzakirələrlə davam edib.

Qeyd edək ki, bu il heç bir ekran əsəri qalib elan olunmayacaq. Lakin hər 3 qısametrajlı filmin müəllifinə qiymətli hədiyyələr təqdim ediləcək.

Xatırladaq ki, “Cinemasports” kinomarafonunun keçirilməsi yeni addım atan rejissorlara dəstək, Azərbaycan gənclərinin kino sənətinə marağının artırılması, gənc istedadların üzə çıxarılması məqsədi daşıyır.

Bakıda qısametrajlı filmlər marafonu keçirilib
Bakıda qısametrajlı filmlər marafonu keçirilib
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət