Şamaxıda Nəsimi Festivalı çərçivəsində "Həssas dəb" defilesi keçirilib - FOTO

Şamaxıda Nəsimi Festivalı çərçivəsində "Həssas dəb" defilesi keçirilib - FOTO

Şərqin dahi şairi və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunmuş Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şamaxı rayonunun Meysəri kəndində "Həssas Dəb" adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı olub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Festival ilk dəfə olaraq Azərbaycanda sentyabrın 27-dən 30-dək keçirilir.

Millitv.Az Trend-ə istinadən bildirir ki, festivalın qonaqlarına və iştirakçılarına defile təqdim olunub. Qeyd edək ki, layihə "Baku" jurnalının son bir neçə ildə "Eko. Dəb marşrutu" ("ЭКО. Модный маршрут") başlığı altında davamlı dərc etdiyi materiallar əsasında yaradılmış məkan ideyası üzərində qurulub və geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair maarifləndirməyə yönəlib, həmçinin nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edir. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunub, Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentlərlə bəzədilmiş libaslar nümayiş etdirilib.

Qeyd etmək lazımdır ki, ümumilikdə etik dəb və xüsusilə də eko-dəb çoxdan ətraf mühiti müdafiə edən bir çox moda evləri tərəfindən inkişaf etdirilən populyar istiqamətə çevrilib. Etik dəb anlayışı orqanik və təkrar emal olunmuş materiallardan geyim istehsalı, eləcə də istehsal zəncirində iştirak edən bütün işçilərə sosial məsuliyyətli münasibətlə bağlıdır.

Festival şairin fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm..." şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq. Layihə beynəlxalq miqyasda, müasir cəmiyyətdə mənəviyyat haqqında yazan dünya şöhrətli ifaçıların, filosofların, alimlərin, həmçinin bu sahədə peşəkar və həvəskarların, o cümlədən - geniş tamaşaçı kütləsinin iştirakı ilə reallaşdırılır.

Qeyd edək ki, ilk dəfə olaraq bu cür möhtəşəm festival bilet və dəvətnamələr əsasında deyil, sırf www.nasimifestival.live rəsmi saytında qeydiyyat vasitəsi ilə həyata keçiriləcək. Burada həmçinin layihə barədə təfərrüatları öyrənmək olar. Buna görə də saytda bu və ya digər tədbirə giriş bileti üçün qeydiyyatdan keçmək lazımdır.

Şamaxıda Nəsimi Festivalı çərçivəsində "Həssas dəb" defilesi keçirilib - FOTO
Şamaxıda Nəsimi Festivalı çərçivəsində "Həssas dəb" defilesi keçirilib - FOTO
Şamaxıda Nəsimi Festivalı çərçivəsində "Həssas dəb" defilesi keçirilib - FOTO
Şamaxıda Nəsimi Festivalı çərçivəsində "Həssas dəb" defilesi keçirilib - FOTO
Şamaxıda Nəsimi Festivalı çərçivəsində "Həssas dəb" defilesi keçirilib - FOTO
Şamaxıda Nəsimi Festivalı çərçivəsində "Həssas dəb" defilesi keçirilib - FOTO
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət