Axtarış...

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

Tacikistan paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başlayıb.
"Ölkə.Az" xəbər verir ki, MDB dövlət başçıları ilk öncə məhdud formatda görüş keçirirlər. Onlar MDB çərçivəsində qarşılıqlı fəaliyyət haqqında fikir mübadiləsi aparacaq, eləcə də MDB-də sədrilk, Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilmə yeri və tarixi məsələlərini müzakirə edəcəklər.
Geniş tərkibdə iclas zamanı təşkilatın fəaliyyətinin əsas istiqamətləri üzrə əməkdaşlığın gələcək inkişafına yönəlmiş kompleks məsələlər nəzərdən keçiriləcək.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir


Daha çox xəbər

Şərh yaz