Axtarış...

Ekspert “köhnədir” dedi, DİM cavab verdi - Qalmaqal

Ekspert “köhnədir” dedi, DİM cavab verdi - Qalmaqal

Təhsil eksperti Kamran Əsədov 2019-cu il üçün qəbul imtahanlarının qaydalarında dəyişiklik edilməsinə baxmayaraq, Dövlət İmtahan Mərkəzinin 2019-cu il qəbul imtahanları modelində çap etdiyi yeni test banklarında heç bir dəyişiklik olmadığını deyib. O, DİM-in 2019-cu il üçün nəzərdə tutulan test toplularının ötənilki nəşrlərdən yalnız dizaynı ilə fərqləndiyini bildirib. Ekspert onu da qeyd edib ki, sözügedən problem siniflər üzrə çap olunan test kitabçalarına da aiddir.

Məsələ ilə bağlı Axar.az-a danışan Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin əməkdaşı Xanlar Xanlarzadə K.Əsədovun iddialarının doğru olmadığını bildirib. Onun sözlərinə görə, bu il müxtəlif fənlər üzrə nəşr edilən test kitabçalarında müvafiq dəyişikliklər edilib:

“Təqribən 10 gündür ki, yalnız Azərbaycan bölməsi üzrə 50 adda yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları kitabları nəşr olunub. Bu günlərdə isə hələlik 6 fənnə aid test topluları çapdan çıxıb. Bu qısa müddət ərzində onminlərlə səhifəni oxuyub, təhlil, müqayisə edib, qənaətə gəlmək mümkündürmü?

İl boyu yüzlərlə ekspert tərəfindən kitabların hamısı üzərində iş gedib, təkmilləşdirilib və yeni test tapşırıqları ilə zənginləşdirilib. Müəlliflərin adları kitablarda qeyd olunub. Hansı yeniliklərin olması ilə bağlı kitabların “Ön sözü”ndə də ətraflı məlumat verilib”.


Daha çox xəbər

Şərh yaz