Axtarış...

Samir Şərifov Şəmkirdə üsyana zəmin yaradır?-ŞOK FAKTLAR

Samir Şərifov Şəmkirdə üsyana zəmin yaradır?-ŞOK FAKTLAR

Məlum olduğu kimi, bir neçə il bundan öncə özbaşınalıq edən məmur yerli camaatın haqlı narazılığına səbəb olmuşdur və rəhbərliyi tərəfindən ərizəsi alınaraq daşıdığı vəzifəsindən azad edilmişdir. Belə ki, il yarım işsiz qalan və Şəmkir rayon ƏƏSMM-də rəis vəzifəsini daşımış Qoşun Heydərov əhaliyə ayrılan müavinətın ödənilməsi prosesində ciddi problemlər yaradıb.

Belə ki, rayon sakinlərinə ayrılan müavinətin 7 ayını mənimsəyib, 3 ayın pulunu isə camaata ödəyib. Bu cür haqsızlığa dözməyən yerli camaat arasında böyük narazılıq yaranır. Bundan sonra ƏƏSMM-nin rəhbərliyi tərəfindən, vəzifə sahibi olan Qoşun Heydərovun ərizəsi alınaraq işdən kənarlaşdırılır. Bu olay 2014-cü ildə baş versə də, gözəgörünməz qüvvələr tərəfindən əhalinin narazılığına səbəb olaraq işdən çıxarılan qalmaqallı məmur 2015-ci oldə Ağstafa rayonunun Maliyyə idarəsinə rəis təyin olunur. Mötəbər mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, Qoşun Heydərov kabinet baxımından da standartlardan kənara çıxıb. Belə ki, o kabinetindəki əyləşdiyi ərazini teatrlardakı səhnələrə bənzədərək hündürə qaldırıb. Yəni qəbuluna gələn vətəndaşlar, rəisin üzünə baxmaq üçün, gərək aşağıdan yuxarı baxsınlar.

Redaksiyamıza daxil olan məlumatlar əsasında o da aydın oldu ki, Ağstafada maliyyə problemlərinə və eyni zamanda bir çox nöqsanlara da yol vermiş Qoşun Heydərov Maliyyə Naziri Samir Şərifovun xeyr-duası ilə yenidən Şəmkir rayonunun Maliyyə İdarəsinə rəis təyin olmağa hazırlaşır. Artıq bu məsələdən xəbər tutan Şəmkir camaatı narahat olmağa başlayıblar .

Bölgədəki mənbəmizin verdiyi məlumata görə, əhali arasında belə bir söz-söhbətlər də gəzir ki, ''əgər Qoşun Heydərov təkrar olaraq Şəmkirə hər hansı bir vəzifəyə gələrsə, yerli camaat yenidən üsyana qalxa bilər.'' Belə olan halda sual olunur ki, Maliyyə Naziri Samir Şərifov hansı maraqlar əsasında Şəmkirdə üsyana səbəb olacaq addımlar atır...?

GundemXeber.Az



Şərh yaz