Axtarış...

Əkbər Hacıyevə kənddən ismarıc var... - Qarı qış qapıdadır...

Əkbər Hacıyevə kənddən ismarıc var... - Qarı qış qapıdadır...

İsmayıllı rayonundan 35 km şimal-qərbdə, rayon səviyyəsindən isə çox yüksəklikdə dağların ətəyində yerləşən Qalacıq kəndi hələ də mavi qazla təmin edilməyib.
Faktinfo.az xəbər verir ki, hər iki tərəfindən çay keçən kənddə qış fəsli həddindən ziyadə sərt keçir.Kəndə yağan qarın hündürlüyü 50 santımetrdən çox olur,qar kənddə və ətraf dağlarda üç ayla ərimir. Qış fəslində İsmayıllı rayon mərkəzində müsbət 7-8 dərəcə temperatur olduğu təqdirdə, Qalacıq kəndində mənfi 2-3 dərəcə soyuq olur. Həmçinin, qışda bu kənddə istiliyə olan tələbat digər rayonlarla müqayisədə 5 dəfə artır.

3 min nəfərə yaxın əhalisi olan Qalacıq kənd sakinlərinin məşğuliyyətini əkinçilik, tütünçülük, heyvandarlıq təşkil edir. Bütün bunlara baxmayaraq, kənd əhalisi hələ də ümidlidir ki, yaxın aylarda kəndə mavi qaz çəkiləcək, onlar da əzab-əziyyətdən qurtulacaqlar.

Onu da qeyd edək ki, İsmayıllı rayonunun Qalacıq kəndinə yaxın bütün kəndlərdə - Buynuz, Sumağallı, İstisu kəndlərində mavi qaz var. Hətta, Qalacıq kəndinin bir neçə yüz metrliyində olan İstisu kəndinə qazın verilməsi 6 il bundan qabaq həyata keçirilib.



Şərh yaz