Axtarış...

VƏKİLLİK İNİSTUTU NİYƏ İŞLƏYƏ BİLMİR ?

Mediya Məlumat Mərkəzinin Araşdırma bölməsi neçə vaxtdan bəri apardığı araşdırmalar zamanı Vəkillər kollegiyasının üzivi olan bəzi vəkillərin faliyətindəki özbaşnalıqlar müəyyən edilmişdir.



VƏKİLLİK İNİSTUTU NİYƏ İŞLƏYƏ BİLMİR ?

Millitv.az Əsas etibarı ilə onu qeyd etmək istəyirik ki, Bəzi vəkillərin faliyyəti demək olar formal xarakter daşıyır.Bu kimi nəzərdə tutduğumuz vəkillər günlərinin əsas hissəsini təyin olunduqları vəkillər bürosunda keçirməklə , hüquq mühafizə orqanlarının əməkdaşları ilə əlaqəli faliyyət göstərirlər. Formal faliyyət baxımından ittiham olunan şəxsin icbari vəkili kimin təyin olunan işə tərtib olunan sənədləri imzalamaqla əmək haqqı almaları üçün özlərinin saat – hesablı vaxt əmsalını müəyənləşdirirlər.

Araşdırmalar zamanı onuda müəyyən etdik ki, vəkillərin vətəndaşlara icbari təyinatı zamanı hər saat üçün müəyyən olunmuş faliyyətlərinə görə - 7 (yeddi) manat hesab kartı açılır.

Əslində bizdə vəkillərə verilən icbari ödəniş hesabının az olmasını özü – özlüyümüzdə dərk edirik . Çünki dünyanın sivil və inkişaf etmiş ölkələri ilə müqayisədə vəkillərə verilən bu əmək xidmətli ödəniş hesabı çox cüzi bir rəqəmi etiva edir.

Bu gün demək olmaz ki ,Mövcud faliyyətdə olan vəkillərin hər biri yuxarıda qeyd etdiyimiz kimi vəkillik faliyyəti ilə məşğuldurlar.Obyektivlik baxımından bildiririk ki, Bu gün Vəkillər kollegiyasınında elə savadlı vəkillərmizdə vardır.Bir mediya olaraq Onların faliyyətinə kölgə salmaq məqsədimiz yoxdur.Bu kotegoriyalı vəkillər öz bacarıqları ,savadları və vijdanları ilə müdafiyə etdikləri şəxslərin qarşısında alnı açıq və üzü ağ dayanmaqla əsl müdafiəçi simalarını ortaya qoymuş olurlar.

Araşdırmalarmız zamanı müəyyən etdik ki, Yuxarıda qeyd etdiyimiz bəzi vəkillərin məqsədi vəkillik statusu alıb ancaq öz mənafeyi naminə formal olaraq cinayət məsuliyətinə cəlb olunmuş şəxsin icbari vəkili təyin olunaraq məsuliyyətə cəlb olunan şəxsin yanında dayanmaqla və yaxut dayanmamaqla tərtib olunan sənədləri imzalamaqla öz peşə faliyətlərini bitimiş hesab edən vəkilləri. El arasında “POYKOVOY VƏKİLLƏR” adı ilə tanınıyırlar.

Bu gün vəkillər köllegiyasının üzüvü olan elə vəkillər var ki,Hüquq sahəsini o qədərdə dərindən bilmədikləri üçün dolayı bir üsulla özlərini cəmiyyətə vəkil kimi təqdim edənlərdə az deyil.Bu kimi vəkillərin faliyyəti müdafiə olunmalı müştərini taparaq onunla yüksək məbləğə razılaşdıqdan sonra işin gedişatı üzrə peşəkar bir vəkillə danışdıqdan sonra onunla eyni işə çıxmaqla özü üçün bu qaydada bir peşə faliyyəti müəyyən etmiş vəkillərəri isə el arasında “MAKLER VƏKİL” adlandırırlar.

Hörmətli izləyicilərimiz araşdırmalarımız zamanı bizimlə söhbət edən bir vətəndaş vəkillin dələduzduğu ilə üzləşəməsindən adının çəkilməməsi şərti ilə başına gələnləri bizə daışacağını bildirdi. Vətəndaş söhbətində bildirdi ki, mülki işi ilə bağlı müraciət etdiyi vəkil ,Ondan şini düzəldəcəyi təminatını verərək 3500 manat pul alır . İşin gedişatı zamanı vəkil müraciət edən müşdəriyə bildirir ki, sənin işini birinci instansiya məhkəməsində yox apelasiya məhkəməsində təmin etdirəciyəm.Bu minvalla birinci insatansiya məhkəməsini uduzan müştəri ümidini apelasiya məhkəməsinə bağlayır. Bir neçə gündən sonra vəkilə müraciət edən vətəndaş apelasiya müraciət vaxtın keçməsinindən narahat olduğunu bildirir ancaq vəkil ona bildirir ki, narahat olma vaxta hələ çox var. İddia müddətinə bir neçə gün qalmış dəfələrlə vəkillə əlaqə saxlamaq istəyən vətəndaş vəkilin telefonunun sönülü olduğunu görür və apelasiya müraciət vaxtın keçməsindən ehtiyat edərək özü apelasiya şikayəti ilə məhkəməyə müraciət edir. Təxminən 8 – gün sonra ortalığa çıxan vəkil qəfldən xəstəxanaya düşdüyünü bildirir.Apelasiya şikayəti müddətinin keçməsi ilə bağlı təsüfləndiyini bildirdikdə iddiyaçı vətəndaş ona məcburiyyət qarşısında qalaraq özü apelasiya şikayəti verdiyini bildirir.Sonrakı gedişatlarda vəkilin onu aldatdığını görən müştəri vəkillə çox az müddət əlaqə saxlayır. İş elə gətirir ki ,vəkil məhkəmə ilə maraqlanmamağı vətəndaşa aydın olur. Elə olur ki ,Apelasiya məhkəməsidə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayır. Həmən gün axşam vəkillə əlaqə saxlayan vətəndaş işin nə yerdə olduğunu soruşur vəkil ona yaxın günlərdə məhkəmə olacağını qərarı onların xeyrinə təmin edəcəyini deyir. Vətəndaş vəkilə onun yalan danışdığını və verdiyi 3500 manatı qaytarmağı tələb edir. Vəkil ifşa olunduğunu görüb bir söz demədən əvvəl 1500 – manat qlan 2000 manatıda 1 – ay vaxt götürərək vətəndaşa qaytarır.

FAKT


VƏKİLLİK İNİSTUTU NİYƏ İŞLƏYƏ BİLMİR ?

Bundan savayı əldə etdiyimiz digər bir məlumatda tam aydınlığı ilə bildirmək istəyirik ki,16 saylı vəkillər bürosunun faliyyətdə olan vəkili Səyyad Əlmirzə oğlu Nürəliyev cinayət işi ilə bağlı müstəntiqlə əlbir olaraq itdiham olunan vətəndaşın üzünü görmədən belə müstəntiqin hazırladığı sənədlərə formal olaraq qol çəkdiyi üçün itdiham olunan vətəndaşın şikayəti əsasında Vəkillər kollegiyası tərəfindən sərt cəzalandırılaraq töhmətlə tənbeh olunmuşdur.

Bir daha qeyd etmək istəyirik ki, bu gün cəmiyətmizdə faliyyətdə olan vəkillərin hamsını yuxarıda qeyd etdiyimiz vəkillərə aid etmək olmaz. Faliyyət müddətində öz bilik və bacarığı ilə bir çox hallarda həqiqətin əsl üzünü ortalığa çıxaran vəkillər müdafiəsində olduqları insanları ləyaqətlə təmsil edirlər .Bu koteqoriyalı vəkillər hər bir gördükləri işə görə alqışlanırlar.

Hörmətli izləyicilərimiz hal - hazırdada vəkillərlə bağlı faktları araşdırıb çox məlumatlar dərc etmək olar , Amma biz inanırıq ki günü gündən inkişaf edən ölkəmizdə vəkillik inistutu bundan sonra dahada inkişaf edəcək.Vəkillik adına xələl gətirən istənilən şəxs bsrədə ciddi ölçü götürüləcək.

BİRİNCİ YAZI

MEDİYA MƏLUMAT MƏRKƏZİNİN - Araşdırma bölməsi.



MİLLİTV.az


Daha çox xəbər

Şərh yaz