Axtarış...

Monqolustan prezidenti Bakıya gəldi

Monqolustan prezidenti Bakıya gəldi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi şirniyyat məhsullarının satışına qadağa qoyulması ilə bağlı məlumatlara aydınlıq gətirib.

AQTA-dan Milli.Az-a bildirilib ki, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo" əmtəə nişanlı "Ogopogo" keks, "ETİ" əmtəə nişanlı "Pop kek" (limon) və "Tutku" məhsulları, həmçinin "Nutti" və "Monte Lemo" əmtəə nişanlı şokolad yağları və "Bonduelle" əmtəə nişanlı yaşıl noxud konservinin satışı qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb.

"Hazırda satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir. Vətəndaşların nəzərinə çatdırırıq ki, bu məhsullar müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və idxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur. Hazırda satış şəbəkələrində eyni adda olan məhsullar digər partiyalara aid olan məhsullar olmaqla Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətdədir", - AQTA-dan bildirilib


Daha çox xəbər

Şərh yaz