Axtarış...

Bolqarıstan Milli Assambleyasının sədri: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir

Bolqarıstan Milli Assambleyasının sədri: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir

"Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir".

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Bolqarıstan Milli Assambleyasının sədri xanım Tsveta Karayançeva bildirib.

T.Karayançeva qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərib, buna baxmayaraq Azərbaycanın sonrakı tarixində mühüm rola malik olub:

"Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dəfə kişilərə və qadınlara bərabər seçki hüququ verib və bu kimi bir sıra mühüm mütərəqqi addımlar atıb. "Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan öz demokratik inkişaf yolunu davam etdirir, müasir dövlət kimi inkişaf edir".

O vurğulayıb ki, Bolqarıstan Azərbaycanla əlaqələrə xüsusi önəm verir: "Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan və Bolqarıstan parlamentləri arasında qarşılıqlı hörmətə əsaslanan əlaqələr mövcuddur".

Sədr deyib ki, Azərbaycan və Bolqarıstan beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. Bolqarıstan Azərbaycan və Avropa İttifaqı arasında aparılan danışıqlara öz müsbət töhfəsini verir:

"Azərbaycan Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Həmçinin qeyd etməliyəm ki, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər geniş potensial mövcuddur. Hesab edirəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Biz enerji, kənd təsərrüfatı, ticarət və digər sahələrdə əməkdaşlığımızı genişləndirə bilərik".


Daha çox xəbər

Şərh yaz