Axtarış...

ABŞ və Yaponiya yenidən danışıqlar masasına oturur

ABŞ və Yaponiya yenidən danışıqlar masasına oturur

ABŞ və Yaponiya arasında ticarət münasibətlərinə dair daha bir görüş keçiriləcək.

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, Yaponiyanın iqtisadiyyatın bərpası üzrə naziri Tosimitsu Moteqi və ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laytxazer arasında müzakirələr sentyabrın 24-də Nyu-Yorkda baş tutacaq.

Görüş barədə yaponiyalı nazir Tokioda mətbuat konfransında məlumat verib.

Nazir deyib: "Biz hər iki ölkə üçün faydalı ola biləcək nəticələrə nail olmaq üçün səylərimizi davam etdirmək niyyətindəyik".


Daha çox xəbər

Şərh yaz