Məhkəmə "Leyla Şıxlinskaya" klinikasından pul mənimsəyənlərə vaxt verdi

Məhkəmə "Leyla Şıxlinskaya" klinikasından pul mənimsəyənlərə vaxt verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Millitv.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyi açıqlanıb.

Rəyə görə, klinikaya 56 min manat ziyan vurulub.

Hakim vurulan ziyanı ödəmək üçün təqsirləndirilən şəxslərə vaxt verib və proses oktyabrın 4-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Onlar klinikanın kassasından 700 min manat mənimsəmədə günahlandırılır.
Oxşar xəbərlər
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət