Axtarış...

Səfər Mehdiyevin işçisi bıçaqlandı... - Daha 3 yaralı var

Səfər Mehdiyevin işçisi bıçaqlandı... - Daha 3 yaralı var

Bakıda Belarus vətəndaşı Azərbaycanın gömrük işçisini və üç xarici vətəndaşı bıçaqlayıb.

“Report”un xəbərinə görə, hadisə Səbail rayonu, Salyan şossesində yerləşən “İpək yolu” gömrük terminalında qeydə alınıb.

Belarus vətəndaşı 36 yaşlı Astauk Valeriy Nikolayeviç həmyerlisi Vladimir Balintə, Ukrayna vətəndaşları Vasso Mixaylova və Roma Matvyuka, həmçinin terminalın işçisi Emil Əliyarbəyova bıçaqla xəsarət yetirib.

A.Nikolayeviç polislər tərəfindən saxlanılıb.

Yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxs və xəsarət alan Belarus və Ukrayna vətəndaşları TIR sürücüləridir.



Şərh yaz