Axtarış...

"Mobil telefon aldığım gündən, qara günlərim başladı" - "İrşad Electornics”dən şikayət

"Mobil telefon aldığım gündən, qara günlərim başladı" - "İrşad Electornics”dən şikayət

"İrşad Electornics”dən Azad İstehlakçılar Birliyinə daha bir şikayət ünvanlanıb.

Bu barədə Open.az-a qurumun sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, dəfələrlə İqtisadiyyat naziri Şahin Mustafayevə rəsmi məktublar göndərilsə də, heç bir nəticə yoxdur.

Lənkəran rayonu Şağlaser kənd sakini Seyfulla Heydərov tərəfindən birliyə ünvanlanan məktubu təqdim edirik:

“Hörmətli Eyyub müəllim, 2018 ci ilin mart ayın 7-də Lənkəran şəhəri H.Aslanov xiyabanı bina 1-də yerləşən “İrşad elektronics” mağazasında özüm üçün 287.00 AZN-ə “SAMSUNG J2” markalı mobil telefon aldım. Həmin gündən mənim qara günlərim başladı. Bu telefonla digər abonentlərlə normal əlaqə saxlamaq olmur. Dəfələrlə telefonun normal işləməməsi haqqında müraciət etmişəm. Aprel ayın 10-dan üç dəfə telefon Bakıya servisə təmirə göndərilib. Ancaq heç bir əhəmiyyəti olmayıb. Mənim alıcılıq hüququmu müdafiə etmək və telefonu dəyişdirilməsində mənə köməklik göstərilməsini sizdən xahiş edirəm”. Open.az


Daha çox xəbər

Şərh yaz