Axtarış...

Çənə sümüyünə damaqdan transplant qoyuldu

ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstənin çənə sümüyündəki defekt qalça damağından götürülmüş transplantatla aradan qaldırılıb. Əməliyyatın təfərrüatları haqqında millitv.az Modern.az-a Klinikanın Ağız və üz çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib.



M.Davudov bildirib ki, xəstə 6 il əvvəl ağız boşluğundakı törəmədən əməliyyat olunub. Əməliyyatdan sonra xəstə kompleks müalicə alsa da, onun ağzında yenidən şiş yaranıb. Bu dəfə xəstə Gürcüstan Respublikasında əməliyyat olunub. Və əməliyyat zamanı xəstədə çənə ətraf yumşaq toxumalarla birgə geniş şəkildə götürülüb.



“Xəstə əməliyyatdan sonra əsasən ağızda və çənədə qalan estetik qüsurdan şikayət edirdi. Kompüter tomoqrafiyası nəticəsində 5 santimetrlik sümük defekti, yumşaq toxumalardakı batıqlıq aşkar olundu.



Odur ki, çənə sümüyündəki defektin qalça damağından götürülmüş transplantat qraft vasitəsilə aradan qaldırılması planlaşdırdıq. Yumşaq toxuma batıqlığınının ayrı qalça nahiyəsində piy toxuması transplantatla aradan qaldırılmasını planlaşdırdıq. Əməliyyatımız icra olundu, hər iki defekt aradan qaldırıldı”.



M.Davudov bildirir ki, xəstə əməliyyatdan 2 gün sonra ayağa qalxıb. İndi onun vəziyyəti yaxşı olaraq qiymətləndirilir.


Daha çox xəbər

Şərh yaz