Axtarış...

Ana ilə qızını öldürən saxlanıldı - Dəhşətli cinayətin təfərrüatı

Ana ilə qızını öldürən saxlanıldı - Dəhşətli cinayətin təfərrüatı

Cəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə avqustun 29-u gecə saatlarında baş verib. 86 yaşlı Firuzə Əskərov və qızı 46 yaşlı Sənubər yaşadıqları evdə qətlə yetiriliblər.

Hadisəni törədən şəxs və ya şəxslər Firuzənin meyitini evin arxasında doğrayaraq tövlədə gizlədiblər. Qızı Sənubərin meyiti isə evin içindən tapılıb.

Hazırda polis və prokuorluq orqanlarının əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır.

***

Ana və qızı həmin evdə tək yaşayırmış, qətlə yetirilən Firuzənin oğlu Qiyas isə bir neçə il əvvəl xəstəlikdən vəfat edib. Qızı Sənubər isə ailə həyatı qurmayıb.

***

Sənubərin boğularaq öldürüldüyü məlum olub.

***

Qətli törətməkdə şübhəli bilinən kənd sakini, ailənin qonşusu “Cıkma” ləqəbi ilə tanınan Yaşar Bayramov saxlanılıb. “Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. “Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini bildirib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.

İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb. 86 yaşlı Firuzə Əskərovanın başını kəsərək tövləyə aparıb.

Y. Bayramov Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisə edib.


Daha çox xəbər

Şərh yaz