Axtarış...

"Qarabağ" "Şerif"ə qarşı - YENİLƏNİR

"Qarabağ" "Şerif"ə qarşı - YENİLƏNİR

Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olacaq.

Millitv.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ"da pley-offda cavab matçında çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Moldovanın "Şerif" klubunu qəbul edəcək. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməlidir.

Xatırladaq ki, "Qarabağ" ardıcıl 3 dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. Ötən mövsüm isə təmsilçimiz Azərbaycan futbolu tarixində ilkə imza ataraq Çempionlar Liqasının qrupunda oynayıb.

30 avqust

Avropa Liqası

Pley-off mərhələsi

21:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova)
İlk oyun - 0:1
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu



Şərh yaz