Xalq artistinin səhhətinə problem yaranıb - Xaricə gedir

Xalq artistinin səhhətinə problem yaranıb - Xaricə gedir

Azərbaycanın xalq artisti, professor Arif Babayev səhhətində yaranmış narahatlıqla bağlı Türkiyəyə gedəcək.

Millitv.az xəbər verir ki, Modern.az-a danışan xanəndə bunun ayaqlarında yaranmış problemlə bağlı olduğunu vurğulayıb:

"Ciddi bir şey olmasa da, məni çox narahat edir. Həkimlərin bildirdiyinə görə, dizdə yağ əriyir. Mətbuat nümayəndələri soruşanda deməyə çəkinirəm. Sonra götürüb yazacaqlar "Arif ölür", "Arif ağır vəziyyətdədir". Bilirsiniz insana, xüsusilə sənət adamına öz haqqında bu cür yazılar oxumaq xoş deyil. Biz səhnə adamıyıq, həssasıq. Bunları nəzərə almaq lazımdır. Keçən dəfə ölkədəki xoşagəlməz hallarla bağlı pis olduğumu demişəm. Pis ola bilərəm də, normaldır. Axı mən də insanam, cəllad deyiləm. Sonra götürüb ağıllarına gələni yazdılar".

A.Babayev hazırda müalicə üçün Qaxda olduğunu bildirib:

"Yəqin ki, burdan da Türkiyəyə gedəcəm".
Oxşar xəbərlər
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət